Flavinyu: Dözümlük nümayiş etdirməliyik
"Neftçi"nin futbolçusu Flaviu Aleks Valensiu Antalyadakı hazırlıqla bağlı fikirlərini bölüşüb. İdman.com.az xəbər verir ki, klubun rəsmi saytına danışan Flavinyo toplanış haqda bunları deyib:

"Bu gün ikinci hazırlıq matçına çıxacağıq. Yoxlama oyununda dözümlük nümayiş etdirməliyik. Rəqibə qarşı daha sürətli futbol oynamağa çalışacağıq. Yəqin ki, məşqçilər heyəti ötən qarşılaşmada olduğu kimi bu dəfə də əksər futbolçulara şans verəcək. Belə olan halda hər kəsi oyunda sınamaq nəticə qazanmaqdan daha vacibdir".

Xəbər 1215 dəfə oxundu.