Arazın komandası liderlə görüşür
Bu gün futbol üzrə Yunanıstan Superliqasında 18-ci turun oyunları keçirilir. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Panionios” səfərdə PAOK-la qarşılaşacaq.

Həmyerlimizin şərəfini qoruduğu komanda hazırda 19 xalla 9-cu pillədə qərarlaşıb. Rəqib isə, 29 xalla 4-cüdür. Son oyunlarda startda meydana çıxan Arazın, bu dəfə də əsas heyətdə yer alacağı ehtimal edilir.

Xəbər 1186 dəfə oxundu.