“Aroma Collection Summer Cup” turnirində mübarizə aparacaq şahmatçıların sayı 111-ə çatıb
Avqustun 19-da Bakıdakı 6 nömrəli məktəb-liseydə start götürəcək “Aroma Collection Summer Cup” FİDE reytinqli şahmat turnirində iştirak edəcək zəka sahiblərinin sayı 111-ə çatıb.

Azərbaycan Şahmat Federasiyasının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbinin təşkilatçılığı ilə İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.

Avqustun 26-dək davam edəcək yarışda 18 yaşadək oğlanlar və qızlar, o cümlədən milli əmsalı 2000-dən yuxarı olan 10 yaşadək oğlanlar və milli əmsalı 1900-dən yuxarı olan 12 yaşadək qızlar iştirak edəcəklər.

“Aroma Collection” kosmetik brendinin sponsorluğu ilə keçiriləcək turnirdə Bakı şahmatçıları ilə yanaşı, Sumqayıt, Quba, Kürdəmir, Gəncə, Biləsuvar, Lənkəran, Cəbrayıl, Gəncə, Tərtər və digər bölgələrdən zəka ustaları birincilik və müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar.

Qaliblər pul mükafatları ilə yanaşı, kubok, medal, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Yarışmanın direktoru Elvin Hüseynov, baş hakimi isə FIDE ustası Cavanşir Bağırovdur.

Xəbər 718 dəfə oxundu.