“Simurq” Qazaxıstan klubu ilə qarşılaşır
Türkiyədə təlim-məşq toplanışında olan “Simurq” bu gün qonşu ölkədə ilk sınaq matçına çıxacaq. İdman.com.az saytının məlumatına görə, Sergey Yuranın komandası qüvvəsini Qazaxıstan klubu ilə sınayacaq.

Belə ki, Zaqatala təmsilçisinin rəqibi “Kaysar” komandasıdır. Oyun saat 15:00-da “Mərdan İdman Kompleksi”ndə başlayacaq.

Xəbər 1167 dəfə oxundu.