Milli komandamız reytinqdə mövqeyini qorudu
Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. Azərbaycan yığması ötən ayla müqayisədə mövqeyini qoruyub.

Aktivində 1354 xal olan komandamız 14-cü pillədə qərarlaşıb. "Avro-2016"nın pley-off mərhələsində qarşılaşacağımız Slovakiya yığması isə bir pillə geriləyib. Slovakiya millisi hazırda 1219 xalla 24-cü pillədə yer alıb.

Millimizin "DÇ-2016"nın seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 1340 xalla 15-ci, Belarus isə 1230 xalla 22-ci olub.

Qeyd edək ki, siyahıya yenə 1922 xalla İspaniya başçılıq edir. Braziliya ikinci, Rusiya isə üçüncü pillədə qərarlaşıb.

Xəbər 692 dəfə oxundu.