Azərbaycanda IV Beynəlxalq Qafqaz Motofestivalı keçiriləcək
Avqustun 28-30-da Şəki Olimpiya Kompleksində IV Beynəlxalq Qafqaz Motofestivalı keçiriləcək.

Festival "Harley Davidson", "Baku HOG Azerbaijan", Şəki Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Festival çərçivəsində təşkil olunacaq sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunacaq. İştirakçılara xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələri ilə tanışlıq imkanı yaradılacaq. Festivalda iştirak pulsuzdur.

Xəbər 686 dəfə oxundu.