“Qəbələ” komandasının “Panatinaikos” ilə Afinadakı səfər qarşılaşmasının başlama vaxtı müəyyənləşib
UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində ölkəmizi təmsil edən “Qəbələ” komandasının “Panatinaikos” ilə səfər qarşılaşmasının başlama vaxtı müəyyənləşib.

Azərbaycan çempionatının bürünc mükafatçısının Yunanıstan klubu ilə avqustun 27-də Afinanın “Apostolos Nikolaidis” stadionunda keçirəcəyi cavab görüşü Bakı vaxtı ilə saat 23:00-da (yerli vaxtla 21:00-da) start götürəcək.

Bu komandalar arasında ilk oyun isə avqustun 20-də saat 21:00-da “Bakcell Arena”da başlayacaq.

Xəbər 766 dəfə oxundu.