Yaşar Abuzərov yeni imicdə
“Qəbələ”nin yarımmüdafiəçisi Yaşar Abuzərov komandanın ilk məşqinə fərqli imicdə çıxıb. İdman.com.az saytının məlumatına görə, təcrübəli futbolçu Antalyadakı hazırlığa dünya futbol praktikasında dəfələrlə rast gəldiyimiz qoruyucu maska ilə qatılıb. Buna səbəb, Yaşarın burun əməliyyatından sonra üz nahiyəsini hər hansı bir zərbədən, toxunuşdan qorumaqdır.

Xatırladaq ki, sözü gedən yarımmüdafiəçi Unibank Premyer Liqasının 17-ci turu çərçivəsində Şəmkirdə “Turan”a qarşı matçda, Romal Hüseynovla mübarizə zamanı burnundan ağır zədə almışdı və sonradan əməliyyat olunmuşdu.

Xəbər 1206 dəfə oxundu.