Britaniya mətbuatı Qəbələdə atıcılıq üzrə Dünya Kuboku yarışlarını işıqlandırmaqda davam edir
Britaniya mətbuatı Qəbələdə atıcılıq üzrə Dünya Kuboku yarışlarını işıqlandırmaqda davam edir.

Ölkənin “BBC Sport” və “Inside The Games” portalları yarışlar haqqında geniş məqalələr yayıb. Məqalələrdə Qəbələdəki atıcılıq kompleksində yaradılmış şərait, Britaniya idmançılarının uğurları, bu yarışlarda 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verilməsi və s. məsələlər haqqında məlumat verilir.

AZƏRTAC

Xəbər 945 dəfə oxundu.