Nurlan Novruzaov "Zirə"də
"Bakı"nın futbolçusu Nurlan Novruzov karyerasını Premyer Liqanın debütantı "Zirə"də davam etdirəcək. Novruzov paytaxt klubunda 6 aylıq icarə əsasında forma geyinəcək. Artıq, tərəflər arasında rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Novruzovun adı daha öncə Türkiyə PTT 1-ci liqa təmsilçiləri "Elazığspor" və "Boluspor"la hallanırdı.

Xəbər 773 dəfə oxundu.