Qurban Qurbanov: "Heyəti formalaşdırmaq çətin olacaq"
“Mən çempionatın başlanması münasibəti ilə hər kəsi təbrik edirəm. Bizim işimiz futboldur. Birimiz qaçırıq, birimiz düşünürük, digərimiz yazırıq. Futbol bizim ümumi işimizdir. Odur ki, mən mərhum jurnalist Rasim Əliyevə və veteran futbolçumuz Mübariz Zeynalova Allahdan rəhmət diləyirəm".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının birinci turunda "Qəbələ" ilə oyundan (2:2) sonra deyib.
Onuna sözlərinə görə, bu oyuna köklənə bilməyiblər:
"Son hadisələr hər birimizə təsir edir".

Q.Qurbanov ən yaxşı formada olan komandaya qarşı oynadıqlarını vurğulayıb:
“Qəbələ”nin Avropa Liqasında irəliləməsi xoşdur. Ümumi götürsək, oyundan razı qaldım. Müəyyən çatışmazlıqlar var idi. Məncə, çempionat üçün heyəti formalaşdırmaq çətin olacaq. Bunun üçün zamana ehtiyac var”.

Xəbər 703 dəfə oxundu.