Gimnastımız Macarıstanda 5-ci oldu
Bədii gimnastika üzrə növbəti Dünya Kuboku mərhələsi ötən həftə Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutub.

Yarış nəticələrinə əsasən, gimnastımız Marina Durunda çoxnövçülükdə 7-ci yerdə qərarlaşıb. Gimnastımız ən yaxşı nəticəni topla göstərərək, 5-ci yeri qazanıb (18.100 xal). Digər gimnastımız Ayşən Bayramova isə 18-ci pillədə qərarlaşıb.

Xəbər 706 dəfə oxundu.