Velosipedçimiz Ukraynada çempion oldu
Ukraynanın Lvov şəhərində velosiped idmanının trek növü üzrə Qaliçina “Qran-pri”sinə yekun vurulub.

Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında yığma komandamız 1 qızıl və 3 gümüş medal qazanıb.

Qızıl medalı aktivinə 500 metr məsafəyə sprint yürüşündə hamını qabaqlayan Sergey Omelçenko yazdırıb. Velosipedçimiz bundan başqa, 200 metr məsafəyə mübarizədə və keyrində aktivinə daha 2 gümüş medal əlavə edib.

Digər gümüş medala isə Yelena Pavluxina sahib olub. O, 10 kilometr məsafəyə skretç yarışında fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Xəbər 718 dəfə oxundu.