Velosipedçilərimiz Avropa çempionatında uğurla çıxış ediblər
Estoniyanın Tartu şəhərində velosiped idmanının şose növü üzrə 23 yaşadək velosipedçilər arasında Avropa çempionatı başa çatıb.

Azərbaycan yığma komandası çempionatda uğurla çıxış edib. Komandamızın üzvü, ötən ay 21 yaşı tamam olan Samir Cəbrayılov bu yaş qrupunda Azərbaycan velosipedinin ən yüksək göstəricisinə imza atıb. “Synergy Baku” kontinental komandasının da şərəfini qoruyan idmançımız 161 kilometr məsafəni Avropa çempionu titulunu qazanan slovakiyalı Erik Baska ilə eyni vaxtda başa vurub - 3 saat, 36 dəqiqə, 49 saniyə.

Fotofinişə əsasən S.Cəbrayılov yekun sıralanmada 160 iştirakçı arasında 14-cü nəticə göstərib.

Ötən il İsveçrədə keçirilən yarışda Elgün Əlizadə gənclər arasında 12-ci olmuşdu.

Xəbər 753 dəfə oxundu.