Futbol üzrə Topaz Premyer Liqasının ilk turunun oyunları keçirilib
Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün ilk turunda “Kəpəz” səfərdə “Neftçi” ilə üz-üzə gəlib.

“Bakcell Arena”da keçirilən qarşılaşmada hesab açılmayıb.

Mövsümünün ilk turu “Xəzər Lənkəran” komandası üçün uğurlu alınıb. Cənub təmsilçisi ilk oyunda “İnter”i 2:0 hesabı ilə üstələyib. Lənkəran şəhərindəki mərkəzi stadionda oynanılan görüşdə “Xəzər Lənkəran”ın heyətində Elnur Cəfərov və Rahid Əmirquliyev fərqləniblər.

Premyer Liqada debüt edən “Zirə” klubu Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil edilən ilk oyunda uğur qazanıb. Komanda doğma meydanda AZAL-dan üstün olub (1:0). Oyunda yeganə qolu “Zirə”nin oyunçusu Viktor İqbekoyi vurub.

Tura “Bayıl Arena”da “Rəvan” – “Sumqayıt” və Qəbələ şəhər stadionunda “Qəbələ” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Xəbər 863 dəfə oxundu.