Çimərlik futbolu üzrə Azərbaycan milli komandası üçüncü qələbəsini qazanıb
Macarıstanın Siofok şəhərində keçirilən Avropa Çimərlik Futbolu Liqasının seçmə mərhələsində Azərbaycan milli komandası üçüncü qələbəsini qazanıb.

Millimiz İngiltərə yığmasını 6:5 hesabı ilə məğlub edib. Asif Zeynalovun dubl etdiyi oyunda Sabir Allahquliyev, Orxan Məmmədov, Elçin Qasımov və Ramil Əliyev hərəyə bir dəfə fərqləniblər.

Futbolçularımız ilk oyunda Rumıniya yığmasına 6:2, Moldova komandasına 4:0 hesabı ilə qalib gəliblər.

Xəbər 716 dəfə oxundu.