Amerikalı gənc üzgüçü dünya çempionatları tarixində yeni rekorda sahib olub
Amerikalı gənc atlet Keyti Ledeki 200, 400 və 1500 metrdən sonra Kazanda keçirilən dünya çempionatında 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışında da qalib gələrək yeni bir rekorda sahib olub. Belə ki, 18 yaşlı K.Ledeki dünya çempionatları tarixində sərbəst üsulla üzmə yarışlarında 4 ayrı məsafə üzrə çempion olan ilk idmançıdır. Nə kişilər, nə də qadınlar arasında üzgüçülük yarışlarında indiyədək heç bir idmançı bu göstəriciyə nail olmayıb.

K.Ledeki karyerasında uğurlara XXX London Yay Olimpiya Oyunlarında 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışında çempion olmaqla başlayıb.

Xəbər 2049 dəfə oxundu.