“Rəvan” 3 hücumçunu baxışdan keçirir
“Rəvan” transfer işlərini sürətləndirib. İdman.com.az saytının məlumatına görə, Vüsal Qarayevlə münasibətləri rəsmiləşdirən debütant, daha 3 futbolçunu baxışa dəvət edib. Baş məşqçisi Vladislav Qədirov əsasən hücumçu axtarışında idi ki, məhz onun istəyinə uyğun 3 ön xətt oyunçusu dəvət olunub.

Bunlardan biri İsveç, ikincisi Makedoniya, digəri isə Syerra-Leone təmsilçisidir. Sonuncunun milli komandasında oynadığı məlum olsa da, onların adları hələ açıqlanmır. Bir o dəqiqdir ki, Qədirov bu 3 futbolçudan yalnız birini heyətdə saxlayacaq.

Xəbər 1037 dəfə oxundu.