Azərbaycanın yeniyetmə atleti iki hərəkətin yekununda 261 kiloqram nəticə göstərib
İsveçin Landskrona şəhərində yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

15 yaşadək idmançıların mübarizəsində 27 ölkədən 141 (63 qız, 78 oğlan), 17 yaşadək atletlərin yarışında isə 29 ölkədən 192 (80 qız, 112 oğlan) nəfər çıxış edir.

Turnirdə Azərbaycan milli komandasının üzvü Sənan Mirzəyev 17 yaşadək oğlanların yarışında 77 kiloqram çəki dərəcəsində birdən qaldırmada 118, təkanla qaldırmada 143 kiloqram nəticə göstərib. O, iki hərəkətin nəticəsində 261 kiloqramlıq göstərici ilə doqquzuncu yeri tutub.

Xəbər 869 dəfə oxundu.