Mançester Siti Pelleqrini ilə müqaviləni artırdı
Mançester Siti klubu baş məşqçi Manuel Pelleqrini ilə müqaviləni artırıb. 63 yaşlı mütəxəssislə yeni sözləşmə 2017-ci ilin yayına qədərdir.

Eyni zamanda onun 3 köməkçisi ilə də müqavilə artırılıb.

Xatırladaq ki, Pelleqrini 2 ildir ki, Mançester Sitinin baş məşqçisidir. İlk mövsümdə o , komandasını ölkə çempionu edə bilmişdi.

Xəbər 821 dəfə oxundu.