AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilir
Bu gün AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilir. Elita təmsilçilərinin nümayəndələri Premyer Liqanın yeni mövsümü ərəfəsində bir araya gəliblər.

Amma Hilton otelində toplaşan klub rəsmiləri arasında son ölkə çempionu "Qarabağ"ın nümayəndəsi yoxdur. İclasda elitanın qalan doqquz klubunun nümayəndələri, eləcə də AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edir.


Xəbər 704 dəfə oxundu.