Türkiyə mətbuatı "Qəbələ"dən və Cavid Hüseynovdan yazdı
Türkiyənin nüfuzlu mətbuat orqanları “Qəbələ”nin kapitanı Cavid Hüseynovun “Apollon” üzərindəki qələbədən sonra Türkiyə və Azərbaycan bayrağı ilə dövrə vurmasına geniş yer ayırıb.

Ölkənin ən məşhur ictimai-siyasi qəzetlərindən olan “Hürriyyət” Azərbaycan azarkeşlərinin Türkiyə və Şimali Kipr Türk Cümheriyyətinə dəstək şüarı səsləndirdikərini yazıb. Bundan başqa, xatırladılıb ki, oyun bitən kimi C.Hüseynov Türkiyə və Azərbaycan bayrağı ilə dövrə vurub.

“Fotomaç” qəzeti isə Azərbaycan təmsilçisinin bu uğuruna “Qəbələ”nin tarixi uğuru” başlıqla yazı həsr edib. Yazıda “Qəbələ”nin öz tarixində ilk dəfə olaraq Avroliqanın pley-offuna vəsiqə qazandığı qeyd edilib, amma zamanda Cavidin bayraqla dövrə vurmasından bəhs edilib.

Haber3.com (“Azərbaycanda tarixi oyun” başlığı), ahaber.com (“Mərhələ keçdi, türk bayrağı ilə dövrə vurdu”), tr.eurosport.com (“Azərbaycanlı oyunçu yunan komandasına qalib gəldikləri oyundan sonra Türk bayrağı açdı”) və digər KİV-lər “Qəbələ”nin uğuruna yer ayırıblar.

Xəbər 715 dəfə oxundu.