UEFA Kiprin “Apollon” klubunun şikayətini əsassız hesab edib
Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da keçirilən “Apollon” (Kipr) – “Qəbələ” matçı (1:1) ilə bağlı UEFA-nın qərarı açıqlanıb.

Qitə futbol qurumu Kiprin Larnaka şəhərindəki “Antonis Papadopulos” stadionunda təşkil edilən görüşdəki hadisələri müzakirə edərək müvafiq addımı atıb. Matçdakı bərabərlik qolunu vurarkən sevincini nümayiş etdirən Cavid Hüseynovun jestindən narazı qalan “Apollon”un şikayətini, həmçinin “Qəbələ”nin kapitanı ilə bağlı göndərdiyi müdafiə məktubunu dəyərləndirən UEFA nümayəndələri kiprlilərin iddialarını əsassız hesab ediblər. Qurum baş verənlərin bütün təfərrüatlarını nəzərdən keçirdikdən sonra C.Hüseynovun cəzalandırılmamasına qərar verib.

Xəbər 732 dəfə oxundu.