"Kəpəz" "Neftçi" üçün hazırlaşır
“Kəpəz” Topaz Premyer Liqasının ilk turunda qarşılaşacağı “Neftçi” ilə oyuna hazırlığını davam etdirir. Gəncə klubu gündə bir dəfə olmaqla saat 19.00-da məşqə çıxır. Məşqlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilir.

“Sarı-göylər”in avqustun 6-na təsadüf edən məşqinə klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu baş çəkib. Komanda üzvləri ilə hal-əhval tutan Nərimanoğlu yeni mövsümün startı ilə bağlı futbolçuları və məşqçilər korpusunu təbrik edib, onlara uğurlar arzulayıb. “Kəpəz”in yoldaşlıq oyunlarındakı nəticələrindən danışan Müşahidə Şurasının üzvü komandanın uğurlu çıxışını çempionat görüşlərində də görmək istədiklərini bildirib.

Xəbər 698 dəfə oxundu.