Mirzəyev Sənan Avropa birinciliyində gücünü sınadı
Avqustun 1-9-u tarixləri arasında İsveçin Landskrona şəhərində keçiriləcək yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yaşı 15-ə qədər olan idmançıların mübarizəsində 27 ölkədən 141 (63 qız, 78 oğlan), yaşı 17-yə qədər olan idmançıların mübarizəsində isə 29 ölkədən 192 (80 qız, 112 oğlan) atlet çıxış edəcək. Şəhərin “Landskrona Idrottshall” yarış zalında baş tutacaq turnirdə Azərbaycan milli komandası da iştirak edəcək.

Yığmamızın üzvlərindən biri – Mirzəyev Sənan yaşı 17-ə qədər olan oğlanların yarışında 77 kq çəki dərəcəsində mübarizə aparıb. Atlet birdən qaldırma hərəkətində 118 kq, təkanla qaldırmada 143 kq nəticə göstərib. Sənan toplamda 261 kq (118+143) nəticə göstərək Avropa birinciliyində 9-cu yeri tutub.

Xəbər 877 dəfə oxundu.