Ernesto Valverde: Məqsəd pley-offa çıxmaq idi, buna da nail olduq
İspaniyanın "Atletik" klubunun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirdikləri cavab matçını şərh edib. Rəqib komandanın çalışdırıcısı 0:0 (ilk oyun 2:0) hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:

"Bizim məqsədimiz pley-offa çıxmaq idi. Buna da nail olduq. İlk hissədə bir sıra qol şanslarımız oldu, amma dəyərləndirə bilmədik. İkinci hissədə komandada yorğunluq var idi deyə, oyun sönük keçdi".

Xəbər 691 dəfə oxundu.