"Kəpəz"in sifariş ərizəsi
Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Kəpəz" sifariş ərizəsini PFL-ə təqdim edib. Gəncə təmsilçisinin siyahısında 21 futbolçunun adı yer alıb. Bunlardan 2-si qapıçı, 6-sı müdafiəçi, 9-u yarımmüdafiəçi və 4-ü hücumçudur. "Kəpəz"in iştirak ərizəsinə 17 yerli və 4 legioner oyunçunun adı salınıb.

Xəbər 699 dəfə oxundu.