Ümidvar Bayramlı bürünc medal qazandı
Avqustun 1-9-u tarixləri arasında İsveçin Landskrona şəhərində keçiriləcək yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi tam sürətlə davam edir. Yaşı 15-ə qədər olan idmançıların mübarizəsində 27 ölkədən 141 (63 qız, 78 oğlan), yaşı 17-yə qədər olan idmançıların mübarizəsində isə 29 ölkədən 192 (80 qız, 112 oğlan) atlet çıxış edəcək. Şəhərin “Landskrona Idrottshall” yarış zalında baş tutacaq turnirdə Azərbaycan milli komandası da iştirak edəcək.

Dünən yığmamızın üzvlərindən biri – Ümidvar Bayramlı yaşı 15-ə qədər olan oğlanların yarışında 85 kq çəki dərəcəsində mübarizə aparıb. Gənc atlet birdən qaldırma hərəkətində 109 kq, təkanla qaldırmada 137 kq nəticə göstərib. O, hər iki hərəkətdə 3-cü olub.

Ümidvar toplamda 246 kq (109+137) nəticə göstərək Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.

Xəbər 1136 dəfə oxundu.