Zərdabda taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib
24-25 iyul tarixlərində 26 iyul Gənclər və İdman Nazirliyinin yaradılmasının 21-ci ildönümü münasi-bətilə 2001-2002-ci il təvəllüdlü idmançılar arasında taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri bölmənin idman zalında 55 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Gənclər və İdman Nazirliyinin yaradılmasının 21-ci ildönümü qeyd etmək və rayonda idmanın taekvondo növünü inkişaf etdirmək olub.

Sonda oğlanlar arasında İbrahim Şirinov (25 kq), İlkin Əlizadə (30 kq), Şəmil Xəlilzadə (35 kq), Fərid Salmanov (40 kq), Ramil Qurbanov (45 kq), Elnur Babayev (55 kq); qızlar arasında Səmərrux Osmanova (25 kq), Səmra Qubadlı (80 kq) yüksək yerlərə layiq görülüblər.

Xəbər 729 dəfə oxundu.