Samuxda açıq rayon çempionatı başa çatıb
30-31 iyul Samuxda Heydər Əliyev adına istirahət parkında Samux Rayon Gənclər və İdman İdarəsi və Samux Kikboksinq idman klubunun təşkilatçılığı ilə Kikboksinq klubunun yaranmasının 15 illiyinə həsr olunmuş açıq rayon çempionatı başa çatıb.

Çempionatda Kikboksinq klubunun rəhbəri Əməkdar məşqçi, baş hakim Elnur Salamovun 2 komandası ilə birgə kikbosinq üzvü olan komandalar Bakı (2 komanda), Gəncə (6 komanda), Göy-Göl (1 komanda), Mingəçevir (2 komanda), Kəlbəcər (1 komanda), Ağcabədi (2 komanda), Tərtər (2 komanda), Goranboy (4 komanda), Şəmkir (2 komanda) ümumilikdə 24 komanda da 300-ə yaxin idmançı öz qüvvələrini sınayıb.

Sonda komanda hesabı ilə birinci yerə Samux, ikinciyə Gəncə, üçüncüyə Tərtər komandası layiq görülüb.

Xəbər 2058 dəfə oxundu.