Tarmenxan Babayev 6-cı oldu
İsveçin Landskrona şəhərində avqustun 1-9-u tarixləri arasında keçiriləcək yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi davam edir. Şəhərin “Landskrona Idrottshall” yarış zalında baş tutacaq turnirdə Azərbaycan milli komandası da iştirak edir. Bu gün onun üzvlərindən biri, Naxçıvan təmsilçisi Tarmenxan Babayev yaşı 15-ə qədər oğlanların yarışında 62 kq çəki dərəcəsində mübarizə aparıb.

O, toplamda 197 kq (92+105) nəticə göstərərək yekun sıralamada 6-cı yeri tutub.

Xəbər 757 dəfə oxundu.