Azərbaycanlı futbolçu Qazaxıstan klubunda
Azərbaycanın gənclərdən ibarət yığma komandasının hücumçusu Elbəy Quliyev özünə yeni klub tapıb. O, bundan sonra Qazaxıstanın "Jetısu" klubunda çıxış edəcək.

Qeyd edək ki, Quliyev müqavilə ilə Rusiyanın "Ural" klubuna məxsusdur. Bu üzdən də o, Qazaxıstan klubuna icarəyə verilib.

Xəbər 715 dəfə oxundu.