Belarusda sürətli şahmat və blits üzrə 2015-ci il Avropa çempionatına hazırlıq üzrə təşkilat komitəsi yaradılacaq
Minskdə kişilər və qadınlar arasında sürətli şahmat və blits üzrə 2015-ci ilin Avropa çempionatına hazırlıq və onun keçirilməsi üzrə komitəsi Belarusda yaradılacaq.

Müvafiq sərəncamı Belarusun Baş naziri Andrey Kobyakov imzalayıb.

Komitəyə bu ölkənin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Maksim Rıjenkov rəhbərlik edəcək.

Sərəncama əsasən təşkilat komitəsinə müvafiq tədbirlər planı hazırlamaq və təsdiq etmək tapşırılıb. Zərurət yaranarsa, təşkilat komitəsi çempionata hazırlıq işlərinə dövlət idarəçilik orqanlarının və Belarus hökumətinin, Minsk Şəhər İcraiyyə Komitəsinin tabeliyində olan digər dövlət qurumlarının rəhbərlərini və mütəxəssislərini, habelə paytaxt rayonlarının yerli administrasiyalarını və digər təşkilatları cəlb edə bilər.

Xəbər 714 dəfə oxundu.