UEFA "Qəbələ"nin rəqibini cəzalandırdı
UEFA, Avropoa Liqasının I təsnifat mərhələsində təmsilçimiz "Qəbələ"nin rəqibi "Dinamo"nu cəzalandırıb. iyulun 2-də "Dinamo Arena" da baş verən hadisələrlə bağlı təxminən 1 ay sonra qərar verib.

UEFA-nın Nəzarət və İntizam Komitəsi oyunun gedişində azarkeşlərin qanunsuz hərəkətlərini müzakirə edərək Tiflis klubunu 1 oyunluq cəzalandırıb. "Dinamo" UEFA-nın bayrağı altında keçirəcəyi növbəti oyuna azarkeşsiz çıxacaq. Bundan əlavə "Dinamo" 20 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, Tiflisdəki qalmaqallı maç meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər 710 dəfə oxundu.