Azərbaycanın ağır atletləri İsveçdə Avropa birinciliyində iştirak edirlər
İsveçin Landskrona şəhərində 15 yaşınadək (27 ölkədən 141 idmançı) və 17 yaşadək (29 ölkədən 192 idmançı) yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir.

Çempionatda Azərbaycanı təmsil edən ağır atletlərin çoxu “Zirvə” Beynəlxalq idman klubunun üzvləridir: Səbinə Əzimova, Fuqan Əliyev, Elməddin Hüseynov, Almazxan Səfərov (U-15), habelə Kənan Xəlilov, Hüseyn İsmayılov (U-17)

“B” qrupunda 50 kiloqramadək çəki dərəcəsində çıxış edən F.Əliyev həmin kateqoriyada 1-ci yeri tutub. O, ümumən 172 kiloqram ağırlıq qaldıraraq, (76+96 kq) ümumi hesabda 7-ci olub.

“A” qrupunda F.Əliyev ilə eyni çəki dərəcəsində çıxış E. Hüseynov 168 kiloqram (72+96) nəticə ilə ümumi hesabda 10-cu olub.

Xəbər 806 dəfə oxundu.