Azərbaycan karatesi Yaponiya televiziyasının diqqətində
Azərbaycanın mədəniyyət və turizm sahəsinə dair film hazırlamaq məqsədilə bir neçə günlük Bakıya gəlmiş Yaponiyanın “Mainichi TV” televiziyasının əməkdaşları səfər proqramında karate üzrə milli komandamıza da xüsusi yer ayırıblar.

Qonaqlar Azərbaycanda karatenin yüksək inkişaf səviyyəsinin və bu sahədə idmançılarımızın uğurlarının onlara məlum olduğunu və bu səbəbdən də müvafiq epizodun çəkilməsinə qərar verildiyini vurğulayıblar.

Onlar milli komandamızın təlim-məşq bazasında idmançılarımızın hazırlıq prosesini lentə alıb, baş məşqçi və komandanın liderlərindən müsahibələr götürüblər.

Film Yaponiya ekranlarına sentyabr ayında çıxarılacaq.

Xəbər 738 dəfə oxundu.