Qəbələdə keçiriləcək atıcılıq üzrə dünya kuboku yarışlarında 100 ölkədən 2 min idmançı mübarizə aparacaq
Avqustun 6-dan 16-dək Qəbələdə Azərbaycan Atıcılıq Federasiyası və Qəbələ Atıcılıq Klubunun təşkilatçılığı ilə Olimpiya atıcılıq növləri üzrə dünya kuboku yarışları keçiriləcək.

Yarışda 100 ölkədən 2 min idmançı “Rio-2016” Yay Olimpiya Oyunlarına 34 lisenziya uğrunda mübarizə aparacaq. Beynəlxalq Atıcılıq Federasiyasının təqviminə daxil olan yarışda atıcılıq üzrə Azərbaycan millisinin idmançıları da güclərini sınayacaqlar.

Kişilər və qadınlar arasında keçiriləcək yarışlarda iştirakçılar tapançadan və tüfəngdən 10, 25, 50 metr məsafəyə atəş açmaq üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

Yarışların açılış mərasimi avqustun 7-də keçiriləcək.

Xəbər 896 dəfə oxundu.