"Xəzər-Lənkəran" arbitraj məhkəməsinin qərarını gözləyir
"Xəzər Lənkəran"ın yeni transferi Limam Seydi ilə bağlı problem yaranıb. Fransız hücumçu viza problemi ilə üzləşib. Onun sənəd probleminin sabaha qədər yoluna qoyulması gözlənilir. Yalnız ondan sonra "ağ-yaşıllar"ın yeni forvardı ölkəmizə gələ biləcək. Yeri gəlmişkən, İdman Arbitraj Məhkəməsinin də "Xəzər Lənkəran"la bağlı qərarı sabah açıqlanacaq. Əks halda cənub klubu çempionatın ilk üç turunda yeni transferlərinin xidmətindən yararlana bilməyəcək. Hansı ki, cənublular ilk turda "İnter", ardından isə "Sumqayıt" və "Rəvan"la qarşılaşmalıdır.

İdman Arbitraj Məhkəməsi "Xəzər Lənkəran"la bağlı müsbət qərar çıxarmasa, XL Pavel Kapsa, Ruslan Abışov, Rəşad Eyyubov, Vaqif Cavadov, Dieqo Souza, Vüqar Nadirov və Limam Seydini yalnız sentyabrın 1-də sifariş ərizəsinə daxil edə biləcək.

Xəbər 768 dəfə oxundu.