“Xəzər Lənkəran”ın da məşqi bir dəqiqəlik sükutla başladı
Bu gün 20 yanvar hadisəsinin ildönümü “Xəzər Lənkəran” klubunun məskunlaşdığı Türkiyənin Antalya şəhərindəki toplanışında da qeyd olunub. İdman.com.az saytının xəbərinə görə, səhər məşqi zamanı meydana toplanan məşqçi və futbolçu heyəti ayaqüstü kiçik mitinq keçirərək, 1990-cı ildə baş verən qanlı hadisədən danışıblar.

Baş məşqçi Cüneyd Biçər bu hadisənin Azərbaycanın müstəqilliyi uğrunda böyük bir qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb. Danışıqlar komandanın tərcüməçisi Elvar Quliyev vasitəsilə legioner futbolçulara da çatdırılıb.
Sonda şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut elan olunub.

Xəbər 1063 dəfə oxundu.