“Baku Cup-2015” beynəlxalq turnirinin altıncı günündə dörddəbir və yarımfinaloyunları keçirilir
Azərbaycanın paytaxtında qadınlar arasında “WTA International” seriyalı “Baku Cup-2015” turniri davam edir.

Bu gün dörddəbir final çərçivəsində 5 görüş (4 təkbətək və bir qoşa oyun), habelə turnirin yarımfinalında Kseniya Lıkina/Polina Monova (hər ikisi Rusiya) cütlüyü ilə Vitaliya Dyaçenko (Rusiya)/Olqa Savçuk (Ukrayna) cütlüyü arasında görüş gözlənilir.

Hazırda Aleksandra Panova (Rusiya) və Karin Knapp (İtaliya) arasında görüş keçirilir.

Bununla yanaşı, yarımfinalda çıxış etmək hüququ uğrunda Patrisia Maria Tiq (Rumıniya) və Donna Vekiç (Xorvatiya), Anastasiya Pavlyuçenkova (Rusiya) və Kirsten Flipkens (Belçika), rusiyalı tennisçilər Aleksandra Panova, Marina Qasparyan, habelə Oksana Kalaşnikova (Gürcüstan) / Danka Koviniç (Monteneqro) və çinli Jaoxuan Yanq / Lin Ju cütlükləri mübarizə aparacaqlar.

Xəbər 1731 dəfə oxundu.