“Zirə” klubu nigeriyalı futbolçu ilə müqavilə bağlayıb
Premyer Liqaya hazırlığı Türkiyədə yekunlaşdıran “Zirə” daha bir futbolçu ilə heyətini gücləndirib.

Nigeriyalı Çimezi Mba komandamızla birillik müqavilə imzalayıb.

Peşəkar karyerasına vətənində başlayan Ç.Mba milli komandadakı çıxışı ilə avropalıların diqqətini cəlb edin. İyirmi üç yaşlı müdafiəçi əvvəlcə Belçika, ardından isə İsraildə forma geyib. O, Nigeriyanın U-20 yığma komandasında da oynayib. Futbolçu 2011-ci ildə Kolumbiyada keçirilən dünya çempionatında da iştirak edib.

Müdafiəçi “Zirə”dən əvvəl İsrail təmsilçisi Petax-Tikvanın “Hapoel” klubunda mübarizə aparıb.

Xəbər 726 dəfə oxundu.