Sərbəst və Yunan-Roma güləşçilərimiz Göygöldə TMT-da | |
Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. Yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar qarşıdan gələn Dünya çempionatına hazırlıq planı üzrə məşqlərini Göygöy Olimpiya İdman Kompleksində davam etdirir. Türkiyənin yunan-Roma güləşi komandasının da qatıldığı təlim-məşq toplanışı iyulun 29-dan başlayıb və avqustun 8-dək davam edəcək. Sərbəst güləş üzrə yığma komandamız isə avqustun 1-dən 15-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olacaq. Sərbəst güləşçilərimiz hazırlıqları Gürcüstan, Dağıstan və İran komandalarının üzvləri ilə birgə davam etdirəcək. Məlumat üçün bildirək ki, Rio Olimpiadasına ilk lisenziyaların qazanılacağı böyüklər arasında Dünya çempionatı 7-12 sentyabr tarixlərində ABŞ-ın Las Veqas şəhərində keçiriləcək. |
|
Xəbər 759 dəfə oxundu. |
|
|