Polina Rəhimova 2-cidir
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşılarının adları açıqlanıb. İdman.com.az saytının məlumatına görə, qitənin ən möhtəşəm yarışında “Rabitə” və “Azərreyl”lə təmsil olunan Azərbaycan klublarından ən yüksək yerdə Polina Rəhimova qərarlaşıb.

“Dəmiryolçular”ın şərəfini qoruyan yığmamızın hücumçusu 6 matçın 22 setində 136 xalla bombardirlik mübarizəsində ikincidir. İlk dövrədə birinci olan voleybolçumuzun mövqeyini itirməsi də başa düşüləndir. Çünki bu siyahıya başçılıq edən Neslixan Darnel (“Əczaçıbaşı”, Türkiyə) 26 hissədə meydana çıxıb və Rəhimovadan cəmi 9 xal çox toplayıb.

Xəbər 1228 dəfə oxundu.