Çertoqanov daha 1 il "Sumqayıt"da oynayacaq
"Sumqayıt" daha bir futbolçu ilə müqavilənin müddətini artırıb. "Kimyaçılar" kapitan Aleksandr Çertoqanov ilə 1 illik sazişə imza atıb. Çertoqanov ötən mövsüm olduğu kimi bu mövsümdə də 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 35 yaşlı Çertoqanov 2014/2015 mövsümündə "Sumqayıt" Futbol Klubunda ən çox oyun keçirmiş 3 futbolçudan biridir. O, ümumilikdə 30 qarşılaşmada 2564 dəqiqə meydanda olub.

Xəbər 777 dəfə oxundu.