"Rəvan"ın planında dəyişiklik edilib
Zaqatalada təlim-məşq toplanışını davam etdirən "Rəvan"ın planında dəyişiklik edilib. Bakı təmsilçisinin avqustun 2-də Tiflisdə "Saburtalo" klubu ilə nəzərdə tutulan yoxlama matçı baş tutmayacaq.

Əvəzində, "Rəvan" eyni tarixdə Gürcüstanın digər elita klubu "Sioni" ilə üz-üzə gələcək. Tiflisdə keçiriləcək oyun Bakı vaxtı ilə 19.00-da başlayacaq.

"Sioni"dən öncə isə "Rəvan" "Qəbələ”nin əvəzedici komandası ilə qüvvəsini sınayacaq. İyulun 31-də Qəbələdə oynanılacaq matç saat 19.00-a təyin olunub.

Xəbər 757 dəfə oxundu.