“Azəryol” voleybol klubu daha iki legionerlə razılığa gəlib
Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Azəryol” voleybol klubu daha iki legionerlə razılığa gəlib.

Komandamız bu dəfə tailandlı Malika Kentonq və amerikalı Lauren Vayt ilə müqavilə bağlayıb.

Tailand millisinin də şərəfini qoruyan M.Kentonqun ölkəmizdə ilk çıxışı olmayacaq. Belə ki, voleybolçu “İqtisadçı” klubunun formasını geyinib.

Amerikalı Vayt isə “Azəryol”a Corc Vaşinqton Universitetinin komandasından gəlib.

Hər iki hücumçu ilə bir illik razılıq əldə olunub.

Xəbər 761 dəfə oxundu.