"Qarabağ"ın yeni transferi debüt etdi | |
"Qarabağ"ın yeni transferi Raydell Pupon Ağdam təmsilçisinin heyətində debüt edib. Hollandiyalı futbolçu Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Seltik"lə ilk oyunda meydana çıxıb. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona matçın 87-ci dəqiqəsində şans verib. Pupon Alharbi Əl Jadeyaouini əvəzləyib. Qeyd edək ki, bu dəqiqəyə olan nəticəyə görə "Qarabağ" rəqibinə 0:1 hesabı ilə uduzur. |
|
Xəbər 770 dəfə oxundu. |
|
|