Kişi idman gimnastikası üzrə yığma komandaya yeni Baş məşqçı təyin edilib | |
Azərbaycan Gimnastika Federasiyası mətbuat ximətinin verdiyi məlumata əsasən, Pavlo Netreba Azərbaycanın kişi idman gimnastikası üzrə yığma komandasına Baş məşqçi təyin olunub. Azərbaycan yığma komandasının məşqçi heyətinə 2014-cü ildən daxil olan Ukraynalı mütəxəssis, Oleq Stepko və Petro Paxnyukun şəxsi məşqçisidir. Onun yetirmələri, digər Azərbaycan gimnastı Eldar Səfərovla birgə Bakıda təşkil olunan 1-ci Avropa Oyunları çərçivəsində keçirilən idman gimnastikası üzrə yarışlarda komanda hesabında bürünc medal əldə etmişlər. Növbəti yarış günlərində isə Oleq Stepko bu mükafata daha 4 medal əlavə etdi (1 “qızıl”, 2 “gümüş” və 1 “bürünc”). Hazırda komanda 25 oktyabr – 1 noyabr tarixlərində Qlazqo şəhərində (Böyük Britaniya) keçiriləcək Dünya Çempionatına hazırlaşır. Burada həmçinin Rio 2016 Olimpiya Oyunlarına lisenziya sahibləri müəyyənləşəcək. |
|
Xəbər 767 dəfə oxundu. |
|
|