U-17 (qızlar) qələbə qazanıb
17 yaşadək qızlar arasında Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil edilən UEFA-nın İnkişaf Turniri çərçivəsində yığmamız ikinci oyununu keçirib. Latviyadan olan həmyaşıdları ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb. Firəngiz Teymurovanın dubl etdiyi oyunda digər qolu Rövşanə Sərdarlı vurub.

Turnir çərçivəsində üçüncü turun oyunları iyulun 31-də keçiriləcək. Yığmamız Bolqarıstan millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12.30-da başlayacaq

Xəbər 778 dəfə oxundu.