Ağdamın "Qarabağ" komandası Şotlandiyada minimal hesabla məğlub olub
İyulun 29-da futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən Ağdamın "Qarabağ" komandası növbəti oyununa çıxıb. Komandamız Şotlandiyada "Seltik" klubunun qonağı olub.

"Seltik Park Arena"da keçirilən oyunun ilk hissəsində qapılara top vurulmayıb.

Avstriyalı baş hakimi Robert Şorgenhoferin idarə etdiyi oyunun 82-ci dəqiqəsində "Seltik"in futbolçusu Dedrik Boyata hesabı açıb. Oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş "Seltik"in minimal üstünlüyü ilə yekunlaşıb - 1:0.

Komandalar arasında cavab görüşü avqustun 5-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu "Qarabağ" Monteneqronun "Rudar" komandasını yarışdan kənarlaşdırıb.

Xəbər 777 dəfə oxundu.